REGİONLAR


Sabirabadlı bağbanlar 3 min tonadək meyvə tədarük ediblər

Sabirabad, 22 iyul, Mahir Babayev, AZƏRTAC

Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan sabirabadlı bağbanlar meyvə sahələrindən bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstərir. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə təsərrüfatçılar meyvə bağlarından 2 min 925 ton meyvə tədarük ediblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 262 ton çoxdur. Həmçinin sahələrdən 1537 ton giləmeyvə də toplanıb.

Meyvə yığımı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.