REGİONLAR


Sabirabadlı bağbanlar bu günədək 3 min tondan çox meyvə tədarük ediblər

Sabirabad, 11 iyul, Mahir Babayev, AZƏRTAC

Sabirabadda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar cari ildə meyvə sahələrindən bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstərmiş, qurumuş, məhsuldarlığı aşağı olan ağaclar yeni tinklərlə əvəz olunmuşdu. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, xeyli vaxtdır sabirabadlı bağbanlar 1851 hektar meyvə bağında yetişdirdikləri məhsulun yığımına başlayıblar. Cari ilin altı ayı ərzində təsərrüfatçılar meyvə bağlarından 3 min 223 ton meyvə tədarük ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 ton çoxdur. Tədarük olunan meyvənin 483 tonunu ərik, 262 tonunu albalı, 443 tonunu gavalı, 1290 tonunu alça, 294 tonunu alma, 451 tonunu isə gilas meyvəsi təşkil edib. Həmçinin bağlardan 1540 ton giləmeyvə də toplanılıb.

Rayonda meyvə yığımı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.