REGİONLAR


Sabirabadlı fermerlər indiyədək 13 min hektardan çox sahədə payızlıq taxıl səpini aparıblar

Sabirabad, 21 noyabr, Mahir Babayev, AZƏRTAC

Sabirabadda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda taxıl istehsalı ilbəil artır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC–ın bölgə müxbirinə bildiriblər ki, sabirabadlı taxılçıları ötən ilin payızında 25 min 148 hektar sahədə taxıl əkiblər. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 39 min 510, buğda zəmilərindən isə 64 min 378 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən ümumilikdə 103 min 888 ton taxıl əldə edərək, hər hektarın məhsuldarlığını 41.3 sentnerə çatdırıblar.

Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 13 min 742 hektar sahədə səpin aparıblar ki, bunun da 15 min 971 hektarı buğda, 7 min 771 hektarı isə arpadır. Gün ərzində 200-250 hektar sahəyə toxum səpən əkinçilər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.