REGİONLAR


Sabirabadlı kümçülər 16 ton məhsul tədarük etməyi qarşıya məqsəd qoyublar

Sabirabad, 3 may, Aydın Yavərzadə, AZƏRTAC

Bu il Sabirabad kümçüləri təhvil götürdükləri ipəkqurdlarından 16 ton məhsul tədarük etməyi qarşıya məqsəd qoyublar.

Sabirabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il 235 kümçüyə 400 qutu olmaqla, ümumilikdə, 7600 qram ipəkqurdu toxumu təhvil verilib. Ötən il rayon üzrə 10276 kiloqram barama tədarük edən kümçülərin bu sahəyə olan marağı artmaqdadır.

Həmçinin baramaçılığın inkişafı üçün son 4 ildə Sabirabad rayonunda Çin Xalq Respublikasından gətirilən 123 min ədəd tut ağacı əkilib. Artıq tut bağlarının çoxundan ipəkqurdlarının bəslənməsi üçün yem bazası kimi istifadə edilir.

Qurdların bəslənməsi üçün saxlanc yerləri hazır vəziyyətə gətirilib, kümçülərlə maarifləndirici söhbətlər aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.