İDMAN


Sablya üzrə qadınlardan ibarət milli komandamız İslamiadanın finalında mübarizə aparacaq

Konya, 15 avqust, Səxavət Quliyev, AZƏRTAC

Sablya üzrə qadınlardan ibarət milli komandamız V İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Konya şəhərində keçirilən yarışın yarımfinalında komandamız İran yığmasına 45:22 hesabı ilə qalib gələrək həlledici mərhələyə çıxıb.

Yığmamız finalda Türkiyə seçmə kollektivini 45:31 hesabı ilə məğlub edən Özbəkistan millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.