İDMAN


Sablyaçılar arasında dünya kubokunun mərhələ yarışına yekun vurulub

Bakı, 11 fevral, AZƏRTAC

Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə gənclər arasında dünya kubokunun mərhələ yarışına yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildirilib ki, turnirin son günündə qadın sablyaçılar mübarizə aparıb. Qrupda keçirdiyi 6 görüşdən 2-sini qalib başa vuran milli komandamızın üzvü Aysel Əhədova pley-off mərhələsinə vəsiqə qazanıb. Aysel 1/64 finalda Tunis idmançısı Xədicə Çemkiyə 15:11 hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə Polşa təmsilçisi Zuzanna Kieslara eyni hesabla uduzub (11:15). Aysel Əhədova yekun sıralamada 63-cü pillədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.