REGİONLAR


Şabran ərazisində baş verən yanğın qaz təsərrüfatına da zərər vurub

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 15-i Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunduğu və yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində “Taxtalar” Qaz Paylayıcı Stansiyasından qidalanan Zeyvə, Kirvar kəndləri istiqamətində çəkilən 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırıldığı haqqında “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən məlumat verilib.

İB-dən AZƏRTAC-a bildirilib ki, yanğın hələ də davam etdiyi üçün Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatı bərpa olunmayıb. Qaz təsərrüfatına dəymiş ziyanla bağlı 4 ədəd sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı yanaraq istismardan çıxıb. Yanan sayğaclardan 3 ədədi yenisi ilə əvəz olunub, 1 ədədi isə fərdi yaşayış evinin tamamilə yanması səbəbindən əvəz edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.