CƏMİYYƏT


Şabran rayonunda karantin qaydalarını pozan çay evi aşkarlanıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Şabran rayonunda karantin rejimi qaydalarını pozan iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildirilib ki, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində Rauf Əmiraslanova məxsus çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyənləşdirilmiş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Ümumilikdə səkkiz nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.