İQTİSADİYYAT


Şabran rayonunun Zeyvə kəndinə təbii qaz verilib VİDEO

Bakı, 27 sentyabr (AZƏRTAC). Sentyabrın 27-də Şabran rayonunun Zeyvə kəndinə təbii qaz verilməsinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 350 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1136 metr olan müxtəlif diametrli polietilen və 24 min 948 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 74 ədəd siyirtmə, 350 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qaz verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.