REGİONLAR


Şabran sakinindən qanunsuz saxladığı silah götürülüb

Şabran, 23 iyun, Elxan Yusifli, AZƏRTAC

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları rayon sakini Nadir Hacıyevə məxsus fərdi yaşayış evindən bir ədəd müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.