QAN YADDAŞI
Şabranda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb VİDEO
Şabran, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC
Şabranda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, qanlı faciənin 26-cı ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına gələrək Vətən uğrunda canından keçən qəhrəman oğulların xatirəsini yad edib, məzarları önünə gül dəstələri düzüblər.
Mərasimdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında törətdiyi qırğınlardan danışıblar. Bu tarixin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu bildirilib. Vurğulanıb ki, həmin gecə dinc və günahsız insanların sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib.
Anım mərasimində şəhidlərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [09:00]
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
- 08.04.2024 [10:39]
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib
- 08.04.2024 [08:00]
Ağdaban faciəsindən 32 il ötür
- 31.03.2024 [08:55]
31 Mart soyqırımının səbəbləri – tarixçi alim şərh edir
- 31.03.2024 [08:25]
Soyqırımı qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmadı
- 31.03.2024 [08:00]
Mart soyqırımları XX əsrin ən qanlı faciələrindən biridir
- 29.03.2024 [18:51]