CƏMİYYƏT


Şabranda “Dini radikalizm: Mənəvi dəyərlərə təhdid kimi” mövzusu müzakirə edilib

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Şabran Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Gəndov kənd məscidində “Dini radikalizm: mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edənlər dini radikalizmlə mübarizədə hər bir vətəndaşın, o cümlədən dindarların fəal olmasının zəruriliyini diqqətə çatdırıblar. Bildirilib ki, bu istiqamətdə vətəndaşlar dövlət orqanları ilə birlikdə aktiv iştirak etməli, bu sahədə ictimai nəzarətin formalaşdırılmasına öz töhfələrini verməlidirlər.

Natiqlər dini radikalizmin mənəvi dəyərlərə təhdid olduğunu da diqqətə çatdırıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.