REGİONLAR


Şabranda İmadəddin Nəsimiyə həsr olunan tamaşa və kompozisiyalar təqdim edilib

Şabran, 30 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Şabranda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə tamaşa, kompozisiya və sərgi təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 30-da rayon Mədəniyyət Mərkəzində keçirilən “Məndə sığar iki cahan... – Nəsimi poeziyasında şer, musiqi və teatrın vəhdəti” adlı tədbirdə mədəniyyət işçiləri, ziyalılar və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar “Nəsimi-650” adlı sərgi ilə tanış olublar.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin Sərəncamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi münasibətilə regionda keçirilən silsilə tədbirlər haqqında məlumat verərək, bu görüşlərin Nəsimi irsinin öyrənilməsi və təbliği baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbirdə “İstedadlar sorağında” müsabiqəsinin laureatlarının hazırladığı kompozisiyalar, həmçinin Şabran Xalq Teatrının İmaddədin Nəsimiyə həsr etdiyi tamaşa nümayiş olunub.

Sonda Şabran şəhər Uşaq Musiqi məktəbinin “Məndə sığar iki cahan...” adlı musiqili kompozisiyası tamaşaçılara təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.