REGİONLAR
Şabranda Novruz bayramı sevinci FOTOLENT
Şabran, 19 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 19-da Şabranda Novruz bayramı münasibətilə təşkil olunan el şənliyində qədim adət-ənənələrimiz, folklor nümunələrimiz, milli mətbəximizn ən dadlı təamları nümayiş etdirilib, rayon idmançıları öz məharətlərini göstəriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin mərkəzində xüsusi coşqu ilə qeyd olunan bayram tədbirinə Bahar qızın faytonda gəlişi ilə start verilib.
Meydanda bayram tonqalı alovlandırılqdan sonra Novruz personajları Kosa və Keçəl şənliyə qoşulub.
Bayram tədbirində rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək bildirib ki, bu bayram xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır.
Tədbirdə Novruz bayramı münasibətilə keçirilən at yarışlarının qaliblərinə və rayonun ictimai-siyasi həyatında seçilən fəallara fəxri fərmanlar təqdim olunub.
Meydandakı sərgi ilə tanışlıqdan sonra bayram konsertinə start verilib. Rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.