CƏMİYYƏT


Şabranda bələdiyyə sədri iki min manat cərimələnib

Bakı, 1 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Departamentdən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Şabran Rayonu Uzunboyad Bələdiyyəsinin ərazisinə məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı, qanunvericiliyə uyğun idarə edilmədiyi və yandırıldığı aşkar edilib.

Faktla bağlı bələdiyyə sədri Rafiq Muradov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

Tullantıların qısa vaxt ərzində təmizlənməsi və qanunvericiliyə uyğun idarə olunması üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.