REGİONLAR


Şabranda bu il 500 şagird üçün “Son zəng” çalınıb VİDEO

Şabran, 14 iyun, Elxan Yusifli, AZƏRTAC

Cari dərs ilində Şabran rayonun 46 məktəbində 9 min 849 şagird təhsil alıb. Onlardan 832 nəfəri IX, 500 nəfəri isə XI sinif üzrə məzun olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Şabran şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbdə “Son zəng” münasibətilə keçirilən tədbirdə bildirilib.

Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov təhsilin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu deyib və “Son zəng” münasibətilə məzunları təbrik edib.

Çıxış zamanı nazir müavini Azərbaycanda təhsil sahəsində həyat keçirilən islahatlar və əldə edilən nailiyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Firudin Qurbanov ölkəmizdə yeni məktəblərin tikintisinə, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə, peşə və ali təhsil sahələrinin rəqabətliliyinin artırılmasına yönəlmiş fəaliyyəti xüsusi olaraq qeyd edib.

Şabran Rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov bildirib ki, 2020-2021-ci tədris ili ənənəvi dərs illərindən fərqli, məhdudiyyətlər altında keçib. Buna baxmayaraq, Şabran təhsil ictimaiyyəti yaranan vəziyyətdə öhdəsinə düşən işləri düzgün və vaxtında icra etməyə çalışıb.

Vurğulanıb ki, rayondan Respublika fənn olimpiadalarının final mərhələsində iştirak edən 7 şagirddən 4-ü qalib adına yiyələnib. Şabran şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Namiq Hətəmov coğrafiya fənni üzrə qızıl, 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi Fərman Əliyev riyaziyyat fənni üzrə gümüş, 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Hikmət Cəbrayılov biologiya fənni üzrə gümüş, XI sinif şagirdi Fərid Mahmudov isə tarix fənni üzrə bürünc medal mükafatçısı olub. V sinif şagirdləri arasında keçirilən Lütfi Zadə adına məntiq olimpiadasında isə Şabran şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Rəsul Fərhadov Respublika üçüncülüyünü əldə edib.

Tədbirdə məktəblilərin hazırladığı bədii kompozisiya təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.