REGİONLAR


Şabranda gimnastika idman növü təbliğ olunur

Şabran, 4 iyul, Elxan Yusifli, AZƏRTAC

Şabran şəhərindəki Məmmədağa Nəzirov parkında "İdman hamı üçün" layihəsi çərçivəsində “Gimnastika hamı üçün” tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə müxtəlif musiqili n nümunəvi çıxışlar təqdim edilib.

Müxtəlif yaş kateqoriyasından olan uşaq və yeniyetmələr gimnastika mütəxəssislərinin rəhbərliyi ilə isinmə, gimnastika, rəqs hərəkətlərini yerinə yetiriblər.

Əyləncəli idman tədbirinin təşkilində məqsəd kütlə arasında gimnastika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.