REGİONLAR
Şabranda iki maşın toqquşub, dörd nəfər xəsarət alıb
Şabran, 11 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonun Qorğan kəndində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza zamanı Şabran rayon sakini Əliyev Abdulla Əziz oğlunun idarə etdiyi “VAZ 2106” ilə rayonun Qazbabalı kənd sakini Quliyev Sakit Allahqulu oğluna məxsus “VAZ 2107” markalı nəqliyyat vasitələri toqquşub.
Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan Əliyev Qulu Teyyub oğlu və Əliyev Qadir Bəhmən oğlunun xəsarətləri ağır olduğu üçün müalicələri stasionar şəraitdə davam etdirilir. Digər iki nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]