REGİONLAR
Şabranda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib VİDEO
Şabran, 4 iyun , Elxan Yusifli, AZƏRTAC
İyunun 4-də Şabran rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə Gəndov-Yalama yolunun 3-cü kilometrliyində qeydə alınıb. Xaçmaz rayonu istiqamətində hərəkətdə olan Sumqayıt şəhər sakini Emin Əhmədovun idarə etdiyi 99 XP 311 dövlət nömrə nişanlı “DAF” markalı yük maşını qarşıdan gələn Xaçmaz rayon Nərəcan kənd sakini Ramazan Hüseynovun idarə etdiyi 27 BN 614 nömrəli “Ford Transit” markalı avtomobillə toqquşub. Zərbənin gücündən hər iki avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində “DAF”-ın sürücüsü xəsarət almasa da, digər avtomobildə olanlar - 53 yaşlı sürücü Ramazan Hüseynov və sərnişin, Xaçmaz rayonu Müzəffəroba kənd sakini 63 yaşlı Ağarza Bədəlov hadisə yerində keçiniblər.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]