REGİONLAR


Şabranda naringi ilə dolu yük avtomobili körpüdən aşıb VİDEO

Şabran, 1 noyabr, Elxan Yusifli, AZƏRTAC

Noyabrın 1-i səhər saatlarında Şabran ərazisində “Mercedes” markalı yük avtomobili körpüdən aşaraq şəhər sakinin həyətinə düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobili yolunun 123-cü kilometrliyində, Şabran şəhəri ərazisindəki körpüdə baş verən qəza zamanı yük maşının sürücüsü yüngül xəsarətlər alıb. Avtomobilin düşdüyü həyətdə isə hadisə baş verən zaman heç kim olmadığından xəsarət alan olmayıb.

Qəza nəticəsində Azərbaycandan Rusiyaya naringi daşıyan yük avtomobilinə ciddi ziyan dəyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.