CƏMİYYƏT
Şabranda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb
Bakı, 1 may, AZƏRTAC
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini X.Babayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ondan 414 qram marixuana aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyənləşdirilib. Narkotik vasitəni ona satmaqda şübhəli bilinən şəhər sakini M.Quliyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı oradan marixuana, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi, 12 ədəd patron və 1 bıçaq aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.