REGİONLAR
Şabranda ölkəmizin dünya əhəmiyyətli 7 tarixi abidəsindən bəhs edən videoçarx nümayiş etdirilib VİDEO
Şabran, 10 may, Elxan Yusifli, AZƏRTAC
Şabranda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Əfsanələr diyarı Şabranımız” adlı festival təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə ümummilli liderin abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıblar.
Şabran Rayon İcra Hakimiyyəti və "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən təşkil olunan festival çərçivəsində açılan sərgidə Şabran ərazisində aşkarlanan qədim eksponatlar, torpaqlarımızn azadlığı uğrunda şəhid olan şabranlı qəhrəmanların fotoları, istedadlı şagirdlərin əl işləri nümayiş etdirilib.
Rayon sakinləri və qonaqlar sərgilərlə tanış olub, "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun fəaliyyəti haqqında məlumatlar alıb, həmçinin yarmarkada satışa çıxarılan suvenirləri əldə etmək imkanı qazanıblar.
Şabran rayon Mədəniyyət Sarayında davam etdirilən festivalda məktəblilər üçün ulu öndər Heydər Əliyevin keçdiyi ömür yolundan və Azərbaycanın dünya əhəmiyyətli 7 tarixi abidəsindən bəhs edən videoçarxlar nümayiş etdirilib.
Festivalın sonunda rəqslər və musiqi nömrələri təqdim olunub.