CƏMİYYƏT


Şabranda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də saat 21 radələrində Şabran rayonunun Ağbaş kəndi ərazisində yolu keçən 40-45 yaşlı kişi naməlum avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC -a bildiriblər ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin və Şabran Rayon Polis Şöbəsinin əməkdaşları ölən şəxsin Xaçmaz rayon sakini Etibar Kərimov olduğunu müəyyənləşdiriblər.

Piyadanı vurub hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü Ağdam rayon sakini K.İsgəndərov saxlanılıb.

Faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.