REGİONLAR


Şabranda yetişdirilən xurma Rusiya bazarlarına çıxarılır VİDEO

Şabran, 26 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Şabranlı təsərrüfatçılar xurma bağlarında bol məhsul yetişdiriblər. Artıq bir neçə gündür ki, məhsul yığımına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fermerlər artıq müştərilərlə razılıq əldə ediblər. Şabranda yetişdirilən xurmanın 80-90 faizi Rusiya bazarlarına göndərilir. İş adamları xurmanın kiloqramını sortundan və keyfiyyətindən asılı olaraq 40-80 qəpiyə alırlar. Hazırda toplanan meyvə qablaşdırılaraq yük maşınlarına, müəyyən hissəsi isə soyuducu anbarlara yığılır.

Rayonun Gəndob kəndindən olan fermer Sənan Məmmədov 11 hektara yaxın ərazidə xurma bağı salıb. Fermer bağında xurmanın üç növünü becərir. “Meyvənin satışında heç bir çətinlik yoxdur. Artıq müştərilərlə qiymətlərdə razılaşmışıq. Xurmanın şişburun adlandırdığımız növünün 10 kiloqram tutan bir yeşiyinin qiyməti 7-8 manatdır. Digər növlər də 3-5 manata satılır. Bu il havaların əvvəlki illərə nisbətən quraq keçməsi subtropik meyvə sayılan xurma üçün əlverişli olub. Bu səbəbdən də xurma bağlarında məhsuldarlıq yüksəkdir. Qiymətlər də ötən ilkindən bahadır. Bu da biz fermerləri qane edir”, - deyə S.Məmmədov söyləyib.

Şabran rayonunda 126 hektar xurma bağı var. Bunun 110 hektarı bar verəndir. Ötən il xurma bağlarından 2 min ton məhsul yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.