REGİONLAR


Şabrandakı təbiət incisi, donmuş Əmbil gölünə FOTOSƏYAHƏT

Şabran, 9 fevral, Elxan Yusifli, AZƏRTAC 

Şabran rayonu ərazisindəki Əmbil gölü son illər ekoturizm həvəskarlarının ən sevimli səyahət məkanlarından birinə çevrilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzindən 35 kilometr məsafədə, Zeyvə kəndi yaxınlığındakı kiçik göl yayda, həm də qış aylarında əsrarəngiz gözəlliyi ilə təbiətsevərləri özünə cəlb edir. Yay aylarında gölün suyu təmiz və şəffaf olur.

Diametri təxminən 150 metr olan gölün ətrafı sıx meşələrlə örtülüdür. Dəniz səviyyəsindən 927 metr yüksəklikdə yerləşən Əmbil gölünün qış aylarında donması bu təbiət incisinə əlavə gözəllik qatır.

AZƏRTAC fotoqraf İradə Qədirovanın Əmbil gölünə ekskursiya zamanı çəkdiyi fotoları təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.