REGİONLAR
Şabrandakı ticarət mərkəzləri və qapalı obyektlərdə sakinlərlə maarifləndirici söhbətlər aparılıb
Şabran, 11 avqust, Elxan Yusifli, AZƏRTAC
Şabranda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Operativ Qərargah tərəfindən təyin olunmuş qaydalara əməl olunması ilə bağlı reyd keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd əsasən rayon ərazisində xidmət göstərən ticarət mərkəzlərini və digər qapalı obyektləri əhatə edib.
Rayon icra hakimiyyətinin və Şabran Rayon Polis Şöbəsinin rəhbərliyinin də iştirak etdiyi reyd zamanı sakinlərə pandemiya ərəfəsində həyata keçirilən tədbirlər barəsində geniş məlumatlar verilib, onlarla maarifləndirici söhbətlər aparılıb. Eləcə də tibbi maskadan istifadənin və sosial məsafənin gözlənilməsinin vacibliyi diqqətə çatdırılıb.
Keçirilən reyd zamanı Operativ Qərargah tərəfindən təyin olunmuş qaydaları pozan sahibkarlar və rayon sakinləri barəsində qanun çərçivəsində tədbirlər görülüb.