REGİONLAR


Şabranın ümumtəhsil məktəblərində 50-yə yaxın yeni müəllim fəaliyyətə başlayıb

Şabran,17 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Bu dərs ilindən Şabran rayonunun ümumtəhsil məktəblərində 50-yə yaxın yeni müəllim fəaliyyətə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müəllimlərin işə qəbulu müsabiqəsində rayondan 114 vakant iş yeri göstərilib.

Rayonun ümumtəhsil ocaqlarında daha çox biologiya, coğrafiya, musiqi və təsviri incəsənət fənləri üzrə ixtisaslı kadrlara ehtiyac var.

Müəllimlərin işə qəbulu müsabiqəsindən öncə təşkil edilən pedaqoji kadrların yerdəyişməsi müsabiqəsindən faydalanan 21 yeni müəllim Şabrana təyinat alıb. 26 pedaqoq isə müəllimlərin işə qəbulu müsabiqəsində uğur əldə edərək rayonda dərs deməyə başlayıb.

Şabran Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Gülər Hüseynova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müsabiqələr vasitəsilə məktəblərdə pedaqoqlara olan tələbatın əsas hissəsi ödənilib. Müəllimlərin müddətli müqavilə ilə işə qəbulu müsabiqəsi davam etdiyindən boş qalan digər vakant yerlərin də dolacağı gözlənilir.

Hazırda rayondakı 47 tədris mərkəzində 1000-ə yaxın pedaqoq çalışır. Əsas kadr çatışmazlığı rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd tədris ocaqlarındadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.