REGİONLAR
Şabranlı fermerlərə güzəştli şərtlərlə 20 tonadək mineral gübrə satılıb
Şabran, 1 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Səyyar satışdan yararlanan şabranlı təsərrüfatçılar ammofos və nitroammofoska kimi mövsümi gübrələri 70 faiz güzəştlə əldə ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 1-də “Aqrolizinq” ASC tərəfindən Şabran rayonunda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib. Pirəbədil kəndində təşkil olunan səyyar satışda rayonun 9 kəndindən olan 40 fermerə 20 tonadək mineral gübrə satılıb.
“Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin sakinlərə cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı Quba, Qusar, Şabran və Siyəzən rayonlarında davam edəcək.