SİYASƏT


Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlayıb

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində avqustun 24-də 26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlayıb.

AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Hacı Əliyev çıxış edərək 26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasında Milli Məclisə seçkilərlə bağlı hazırlıq işlərindən danışıb. Bildirib ki, 49 min 42 seçicisi olan dairə seçki komissiyasının ərazisində 37 daimi seçki məntəqəsi fəaliyyət göstərir. O qeyd edib ki, komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılır.

Kursun ilk günündə məruzələrlə çıxışlar edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Məmmədova, rayon məhkəməsinin sədri İlqar Abbasov seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın təşkilinə şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və bu istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri mövzularında çıxışlar ediblər. İxtisaslaşdırılmış kurslarda, həmçinin seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən ətraflı danışılıb.

Avqustun 26-dək davam edəcək kurslar 27 saylı Sabunçu ikinci və 28 saylı Sabunçu üçüncü seçki dairələri dairə seçki komissiyalarında da keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.