CƏMİYYƏT


Sabunçu qəsəbə sakininin pulunu və mobil telefonunu quldurluq yolu ilə talayan iki nəfər saxlanılıb

Bakı, 17 avqust, AZƏRTAC

Paytaxtda quldurluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 16-da Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə rayon ərazisində iki nəfərin Sabunçu qəsəbə sakini S.Hüseynova küt alətlə xəsarət yetirərək onun 108 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Göygöl rayon sakini Ə.Əliyev və Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş N.Abbaslı saxlanılıb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.