İQTİSADİYYAT


Sabunçu qəsəbəsində Asif Əsədullayev küçəsi əsaslı təmir edilib VİDEO

Bakı, 4 avqust, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Sabunçu rayonunu da əhatə edir. Cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Sabunçu rayonunun Sabunçu qəsəbəsində Asif Əsədullayev küçəsində aparılan təmir işləri artıq yekunlaşıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, küçənin uzunluğu 1100 metr, eni ortalama 10 metr təşkil edir.

Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frezlənib, küçə boyu 2000 poqonometr piyada səkiləri yenilənib.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə, küçəyə 2 qat olmaqla 11 min kvadratmetrdən çox yeni asfalt-beton örtüyü döşənib.

Təmir işlərinin sonuncu mərhələsi üzrə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin və piyada zolaqlarının çəkilişi, zəruri yerlərdə yol nişanlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri aparılmaqla küçə müasir görkəmdə istifadəyə verilib.

Təmir işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin nəzarəti altında həyata keçirilib.

Qeyd olunub ki, cari il ərzində “İnvestisiya Proqramı”na əsasən Sabunçu rayonu üzrə 12,7 kilometr uzunluğa malik qəsəbədaxili küçələrdə təmir işləri görülür.

Agentlik tərəfindən 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən isə rayon ərazisində ümumi uzunluğu 9 kilometr təşkil edən küçələr təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.