CƏMİYYƏT


Sabunçu rayon sakininin evindən narkotik vasitələr aşkarlanıb

Bakı, 19 mart, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvəllər dəfələrlə məhkum edilən Rüstəm İmanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 3,884 qram tiryək aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq R.İmanovun yaşadığı Ləhiş bağlar massivindəki mənzilə də polislər tərəfindən baxış keçirilib. Oradan isə həmin şəxsə məxsus ümumi çəkisi 1 kiloqram 7 qram heroin, 6 ədəd süngü-bıçaq və kustar üsulla hazırlanan balta aşkarlanaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində 42-ci Polis Bölməsində toplanan material Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.