CƏMİYYƏT


Sabunçu rayonu Nardaran qəsəbəsində silahlı şəxs saxlanılıb VİDEO

Bakı, 25 yanvar, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölməyə əvvəllər dəfələrlə məhkum edilmiş Cavanşir Yusifovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs təxirəsalınmaz tədbirlər nəticəsində tutulub. Onun Nardaran qəsəbəsində yaşadığı evə baxış zamanı “TT” markalı tapança, bir sandıqça və dörd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.