İQTİSADİYYAT
Sabunçu rayonunda abadlıq işləri günün tələbləri səviyyəsində qurulub
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki,
Bakıxanov qəsəbəsinin Y.Əliyev, S.Mehmandarov, M.Fətəliyev, Sülh küçələrində çoxmərtəbəli yaşayış binalarının fasadları müasir ağlay daşlarla üzlənir, dam örtükləri dəyişdirilir, abadlıq, yaşıllaşdırma və yenidənqurma işləri aparılır.
Bundan əlavə, qəsəbənin R.Qəmbərov küçəsi 6, 8, 10, 12, 14, 16, 16A, 18, Sülh küçəsi 4, 8, 10, 2/20 və M.F.Axundov küçəsinin 1, 3, 5 nömrəli binaların məhəllədaxili ərazilərində 7 nümunəvi həyət salınıb, Hacinski küçəsi 21a ünvanında isə 300 nəfərlik xeyir-şər evi tikilib sakinlərin istifadəsinə verilib.
Hazırda Sülh küçəsi 1, 1a, 3, 5, R.Qəmbərov küçəsi 22, 26, 28 nömrəli binaların ərazilərində nümunəvi həyətlər salınır. M.Fətəliyev küçəsi 29, 29a ünvanlarında isə yeni xeyir-şər evinin tikintisi nəzərdə tutulur.