CƏMİYYƏT
Sabunçu rayonunda ağacları zədələyən şəxs cərimələnib
Bakı, 10 avqust, AZƏRTAC
Sabunçu rayonunun, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi, 22A ünvanında ağacların zədələnməsi ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.
Xidmətin rəis müavini Ramal Bağırov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı həmin ünvanda fərdi yaşayış evinin tikintisi məqsədilə qəsəbə sakini Məmməd Ramazanov tərəfindən qanunsuz olaraq 3 şam ağacının gövdəsinin üst hissəsindən budandığı məlum olub. Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib edilib və o, 600 manat məbləğində cərimələnib.
R.Bağırovun sözlərinə görə, hazırda ağaclar bioloji inkişafdadır, bundan sonra da ağaclara qulluq olunması və zədələnməsi hallarına yol verilməməsi üçün M.Ramazanova məcburi göstəriş verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]