CƏMİYYƏT


Sabunçu rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakı, 19 oktyabr, AZƏRTAC 

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakini İsminaz Kərimovanı Bakı şəhər sakini O.Mehdiyev idarə etdiyi “Opel” markalı avtomobillə vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.