CƏMİYYƏT


Sabunçu rayonunda evdən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 5 avqust, AZƏRTAC

Sabunçu rayonunda evlərin birindən 6 min manat məbləğində pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və müşahidə kamerasının yaddaş qurğusu oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini C.Babayev Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Həmçinin oğurluqda şübhəli bilinən daha bir nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.