CƏMİYYƏT
Sabunçu rayonunda fiziki məhdudiyyətli gənclərin əl işlərindən ibarət sərgi təşkil olunub
Bakı, 8 fevral, AZƏRTAC
Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş “Fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası” layihəsi çərçivəsində 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində təlim keçən gənclərin əl işlərindən ibarət sərgi keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, sərgiyə dəvət edilən qonaqlar layihə çərçivəsində keçirilən sərginin əhəmiyyəti barədə danışaraq fiziki məhdudiyyətli gənclərə göstərilən dövlət dəstəyi və qayğının onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynadığını söyləyiblər.
Layihə rəhbəri Mətanət Quliyeva sərgidə iştirak edən bacarıqlı gənclərə sertifikatlar təqdim edib.