CƏMİYYƏT


Sabunçu rayonunda güclü yanğın baş verib

Bakı, 31 avqust, AZƏRTAC 

Sabunçu rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə ümumi sahəsi 200 kvadratmetr olan taxtadan ibarət tikilidə qeydə alınıb. Nəticədə tikilinin 94 kvadratmetri və bitişik ümumi sahəsi 10 kvadratmetr olan köməkçi tikili yanıb. Bundan başqa, yaxınlıqda ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli mağazanın dam örtüyünün bir hissəsi də yararsız vəziyyətə düşüb. Tikilinin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.