CƏMİYYƏT
Sabunçu rayonunda karantin rejimi qaydalarına əməl etməyən restoran aşkarlanıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət edilən restoran aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin 102 - Zəng Mərkəzinə daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün və 13-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə sanitar-epidemioloji normaları pozan altı nəfər müəyyənləşdirilərək polis bölməsinə dəvət olunublar.
Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı və müştəriləri zəruri sosial davranış̧ qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə onların hər biri barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.