CƏMİYYƏT


Sabunçu rayonunda keçmiş məhkumdan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb

Bakı, 6 sentyabr, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarış zamanı ondan 490 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.