CƏMİYYƏT


Sabunçu rayonunda ötən ay keçirilmiş əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 63 nəfər saxlanılıb VİDEO

Bakı, 6 may, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları aprel ayında Bakıxanov, Balaxanı, Maştağa, Zabrat qəsəbələrində, həmçinin digər ərazilərdə keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 63 nəfəri saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aşkarlanan bütün faktlarla əlaqədar idarənin istintaq şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 31-i barəsində məhkəmə tərəfindən həbs, 32-si haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 5 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkarlanıb. Araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılan şəxslərdən bəziləri rayon ərazisində yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxanalar təşkil ediblər. Saxlanılanların cinayət əlaqələrinin müəyyənləşdirilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.