CƏMİYYƏT


Sabunçu rayonunda son 15 gündə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 27 nəfər saxlanılıb VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının bu il noyabrın 15-dən həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 27 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalar başlanılıb.

Saxlanılan şəxslərdən ümumilikdə iki kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Həmin faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Rayonda narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxslərin ifşa olunmaları istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.