CƏMİYYƏT


Sabunçu rayonunda su hövzələrində təhlükəsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır

Bakı, 18 aprel, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə Bakı Regional Mərkəzi paytaxtın Sabunçu Rayon İcra Hakimiyyətində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Sabunçu rayonu ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri barədə müşavirə iştirakçıları məlumatlandırılıb, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq yerli icra orqanlarının rəhbərləri ilə müzakirə edilib, müvafiq məlumatlar aidiyyəti qurumların əməkdaşlarının diqqətinə çatdırılıb.

Toplantıda çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı iştirakçılara geniş məlumatlar veriblər.

Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları”na dair videoçarx nümayiş etdirilib.

Müşavirədə Sabunçu Rayon İcra Hakimiyyəti və yerli icra nümayəndəliklərinin, eyni zamanda, bələdiyyələrin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölməsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin məsul şəxsləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.