Sabunçu rayonunda üç evdən pul və qızıl-zinət əşyaları oğurlanıb
AzerTAg.az
Bakı, 18 may, AZƏRTAC
Sabunçu rayonunda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu rayonu ərazisindəki iki evdən ümumilikdə 2230 manat, 2000 ABŞ dolları məbləğində pul və 5300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini E.İsayev Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları isə rayon ərazisindəki mənzillərin birindən noutbuk və 1300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Xəlilovu yaxalayıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var