CƏMİYYƏT


Sabunçu rayonunun Ramana qəsəbəsində avtomobillə moped toqquşub

Bakı, 13 avqust, AZƏRTAC

Paytaxtda avtomobillə moped toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 12-də saat 17 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini K.Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobillə Füzuli rayon sakini Qismət Əhmədovun sürdüyü moped toqquşub.

Qəza nəticəsində Q.Əhmədov hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.