CƏMİYYƏT


Sabunçu və Nizami rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 26-da saat 21 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsinin ərazisində Şirvan şəhər sakini K.Allahverdili idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən Cəbrayıl rayon sakinləri Zemfira Hacıyevanı və A.Dadaşovanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində onlar xəstəxanaya yerləşdiriliblər, Z.Hacıyeva iyulun 27-də orada ölüb.

İyulun 27-də saat 12 radələrində Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini E.Məmmədov sürdüyü “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Əminə Mirzəyevanı vurub. Qəza nəticəsində xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Hadisələrlə bağlı Nizami və Sabunçu Rayon Polis idarələrində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.