CƏMİYYƏT


Sabunçuda məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın baş verib

Bakı, 20 fevral, AZƏRTAC 

Sabunçu rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə məcburi köçkünlərin məskunlaşdığı bir dam altında tikilmiş, ümumi sahəsi 1140 kvadratmetr olan birmərtəbəli tikilidə (arakəsmələri taxta konstruksiyalardan ibarət) qeydə alınıb. Nəticədə tikilinin 670 kvadratmetri yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.