CƏMİYYƏT


Sabunçuda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Bakı, 22 iyul, AZƏRTAC

Daxili işlər orqanları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri davam etdirirlər.

Daxilli İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini əvvəllər məhkum edilən Ceyhun Mütəllimzadə saxlanılıb.

Ona məxsus qəsəbə ərazisində yerləşən bağ evinin həyətindəki ümumi sahəsi 400 kvadratmetr olan istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən çəkisi 630 kiloqram olan 550 çətənə kolu aşkarlanıb. C.Mütəllimzadə ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Əlavə axtarış zamanı C.Mütəllimzadəyə məxsus istixanadan 2,4 kiloqram qurudulmuş marixuana, elektron tərəzi və “BSM-121 Stranser” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.