CƏMİYYƏT


Sabunçuda usta işlədiyi evdən 15 min manatlıq oğurluq edib VİDEO

Sabunçuda usta işlədiyi evdən 15 min manatlıq oğurluq edib VİDEO

Bakı, 6 yanvar, AZƏRTAC

Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, naməlum şəxs əvvəlcə evin təhlükəsizlik kameralarını yararsız hala salaraq oradan ümumi dəyəri 15 min manat olan sement qarışdıran qurğunun hissələrini oğurlayıb. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qeyd edilən evdə usta işləyən Vüsal Həsənov saxlanılıb. Aparılan araşdırmalar zamanı onun oğurladığı metal hissələri dəyər-dəyməzinə əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.